Söhüb — Azərbaycan Respublikasının Quba rayonunun Rük kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Söhüb oyk., sadə. Dağətəyi ərazidədir. Əsl adı Söhübqaladır. Sonralar qala sözü düşmüşdür. Kəndin yaxınlığındakı dağda Divlərqala adlı qəd. qalanın xarabalıqları var. Bəzi tədqiqatçılara görə, söhüb komponenti fars dilindəki soub (tərəf, səmt, istiqamət) sözünün təhrif formasıdır. Onların fikrincə, Söhübqala “qala tərəfi, qalanın səmti” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 755 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmış şəxsləri Səid Bilalov -kimyaçı alim, kimya elmləri doktoru, professor.
Vaqif Arzumanlı -filologiya elmləri doktoru ,professor .
Həmçinin bax thumb Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri