İrəc Mirzə (farsca: ), Cəlalülməmalik () ləqəbiylə də tanınırdı () — məşhur İran şairi.
Həyatı İrəc Mirzə şair Qulam Hüseyn Mirzənin oğlu olub və Qacar şahlarının nəslindən idi. 1874-cü ildə Təbrizdə anadan olub. O, təhsilini ev şəraitində almış və 15 yaşında ikən fars dilində sərbəst danışırdı. Sonralar fransız və rus dilləri ilə də maraqlanmağa başlayır. 1893-cü ildə atasının və həyat yoldaşının vəfatından sonra "şairlər sədri" adına layiq görülür. XX əsrin əvvəllərindən İran konstitusiya islahatında iştirak edir. Sonralar nazirlik və digər hökumət idarələrində çalışmışdır.
İrəc Mirzənin poeziyası həm romantik eşq, həm də satirik mövzuları əhatə edir. Klassik fars ədəbi üslublarına sadiq qalsa da, İrac Mirzə yaradıcılığında bir sıra yeniliklərə də imza atmışdır. Bu yeniliklər əsasən şairin siyasi və mədəni islahatlarda iştirak etməsinin səbəbi idi. Onun ən məşhur şerlərindən bir neçəsi bunlardır: "İblis", "Ana", "Arifnamə", "Qadın təsviri".
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:İran şairləri Kateqoriya:Fars şairlər Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:İslamın tənqidi