Aqil M. Quliyev (d. 5 avqust 1972) — azərbaycanlı aktyor, rejissor.
Həyatı Aqil M. Quliyev 5 avqust 1972-ci ildə Bakıda anadan olmuşdur. 1989-cu ildə 153 №-li orta məktəbi bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsini bitirib (1990–1996). Kino işçisi Eldəniz Quliyevin qardaşı oğludur.
Ailəli olub. Bir qız övladı var.
Fəaliyyəti "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsindən karyerasını başlayıb. 1992-ci ildən aktyor kimi müxtəlif filmlərdə çəkilib. Bu illərdə Beynəlxalq "MİR" Teleradio və "Aztv" Dövlət Teleradio Şirkətlərində müxtəlif televerilişlərin rejissoru olub. 1997–1999-cu illərdə "ABA" Teleşirkətində reklam rejissoru kimi çalışıb. 2000–2006-cı illərdə müstəqil prodüser və rejissor kimi reklam və musiqili video işləri ilə Azərbaycanda məşhurlaşıb. 2006–2007-ci illərdə "Academy Production" şirkətinin içraçı direktoru vəzifəsində çalışıb. 2007-ci ildən "Aqil M. Film" şirkətinin təsisçisi və bədii rəhbəridir.
Filmoqrafiya Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) (rol :Qalib) Kök (film, 1992) Ümid (film, 1995) (tammetrajlı bədii film) (rol: kor əsgər) Leyli və Məcnun (film, 1996) (tammetrajlı bədii televiziya filmi) (rol: Məcnun) Ailə (film) (tammetrajlı bədii film) (rol: İqor) Hot Dog (film, 1998) (qısametrajlı bədii film) Bəyaz həyat (film, 2003) (bədii serial) (rol: Zaur) Biz sizə müharibə elan edirik (film, 2011) Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) (rol: Qara) Köhnə çamadanlar (film, 2022)
İstinadlar
Xarici keçidlər Aqil M. Quliyevin YouTube kanalı "Eskobar" filmi Azərbaycan dilində
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları