Viktor Şulman — Azərbaycanın tanınmış jurnalisti, “Azərbaycanın əməkdar jurnalisti” (2005)

Həyatı Viktor Şulman 1946-cı ildə Bakıda anadan olub. Fəaliyyəti Əmək fəaliyyətinə Şirvan şəhərinin (o vaxtkı Əli Bayramlı) rus dilində çıxan “Mayak” qəzetində işləyib. 1993-cü ilə kimi orada çalışıb, sonradan uzun illər “AzərTAc”da işləyib. 1993-cü ildə isə “İTAR-TASS”ın Azərbaycandakı xüsusi müxbiri olub və həyatının sonuna kimi burada işləyib.

Viktor Şulman Qarabağ hadisələrini birbaşa münaqişə zonasından işıqlandırıb. 2005-ci ildə ona “Azərbaycanın əməkdar jurnalisti” adı verilib.

Ölümü 8 sentyabr 2012-ci ildə Rusiyanın “İTAR-TASS” informasiya agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Şulman vəfat edib.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar