Əbülfəz Fərəc oğlu Cabbarov () — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqının (1984) və SSRİ Rəssamlar İttifaqının üzvü.

Həyatı Əbülfəz Fərəcoğlu 1956-cı ildə Naxçıvanda anadan olub.

1977–1981-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində təhsil almışdır.

1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildə Beynəlxalq Plastik Sənətlər Birliyinə üzv seçilmişdir.

1981–1994-cü illərdə Naxçıvan İncəsənət Məktəbində müəllim işləmişdir. 1997-ci ildən 2020-ci ilə kimi Türkiyə Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Əsərləri Türkiyə, Almaniya, Bolqarıstan, Fransa, Rusiya, Ukrayna, Polşa, İran, Yaponiyada nümayiş etdirilib. Həmçinin müxtəlif ölkə və şəhərlərdə keçirilən qarışıq sərgilərdə, həm qrafika, həm də rəngkarlıq əsərləri ilə iştirak etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı rəssamlar