Elxan Yunis — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014).

Həyatı Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb.

13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb.

Ailəlidir. 3 övladı var.

Tamaşalar 1993-cü ildən bu günə kimi Gəncə Dövlət Dram teatrında fəaliyyətini davam etdirir. İşlədiyi bu illər ərzində müxtəlif rollar oynamışdır.

A. Məmmədov. "Dəli Domrul" — Domrul H. Cavid. "Ana" — Səlim T. Əliyev. "Sabir dərdi" — M. Ə. Sabir C. Cabbarlı. "Aslan və Fərhad" — Fərhad C. Cabbarlı. "Oqtay Eloğlu" — Aslan bəy İ. Əfəndiyev. "Mahnı dağlarda qaldı" — Nicat İ. Əfəndiyev. "Unuda bilmirəm — Kamran H. Cavid. "Afət" — Toğrul N. V. Qoqol. "Evlənmə" — Kockaryov J. B. Molyer. "Skapenin kələkləri" — Skapen M. F. Axundov. "Müsyo Jordan və Dərviş Məstəli şah" — Dərviş Elçin. "Cəhənnəmdən cənnətə" — kişi C. Məmmədquluzadə. "Dəli yığıncağı" — Fazil N. Dumbadze. "Ağ bayraqlar" — Limon 15. Nüşabə Əsəd Məmmədli. "Cavad Xan" -Cavad Xan

16. Ejen İoneskon-"Kral Ölür" — Kral 17. A. Saqarelinin "Xanuma"

Filmoqrafiya Kənar adamlar (film, 1992) — Ruslan Xoca (film, 2012) — komandir Pərvanələrin rəqsi (teleserial, 2012) — Murad Həkimlər (teleserial, 2013) — Toğrul Səndən sonra (teleserial, 2013) — Tahir (Ağa) Qız yükü (teleserial, 2014) — Habil Vicdan haqqı (teleserial, 2016) — Kamil Qara bağ (film, 2016) — Elxan Əfsanə Qayıdır (komediya filmi, 2018) — Qiyas Baldız (teleserial, 2018)-Mövsüm Yuxu kimi (teleserial, 2019) -Çinar Mən kiməm? (teleserial, 2021)-Altay Xəyanət (teleserial, 2023)-Yaşar

Xarici keçidlər Elxan Yunis oğlu Abbasov

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları