Zobucuq bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 2014–2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi 30.05.2014-cü il tarixli 977-IVQ nömrəli Qanunun 7-ci hissəsinə əsasən: "7. Füzuli rayonu üzrə: 3) Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin əhatə etdiyi Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq qəsəbələrində Zobucuq bələdiyyəsi" yaradılıb və 30.05.2014-cü il tarixli 978-IVQD nömrəli Qanunun 7-ci hissəsində Füzuli bələdiyyələrinin yeni siyahısı verilən zaman, həmin siyahıya əlavə edilib.

2014–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

2014-cü ildə bu Bələdiyyə 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Horadiz şəhərində yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının, 03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvülüyünə qəbul edilib.

Bu Bələdiyyənin 11.04.2015-ci il tarixli 04 nömrəli Protokolunda təsbit eidlmiş 1-ci Qərarı ilə onun Nizamnaməsi qəbul olunmuş və Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

2020 - 2024-cü illərdə bu Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi),Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilirİdarəsi.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18. Füzuli rayonu üzrə: 18.4. Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli və Zobucuq bələdiyyələrinin əhatə etdiyi Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq, Beşinci Zobucuq qəsəbələrində və Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli kəndlərində Kərimbəyli bələdiyyəsi" yenidən təşkil edilmişdir. Bununla da Füzuli rayonun Zobucuq bələdiyyəsinin fəaliyyətinə xitam verilmişdir.

Məkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsi olmuşdur.

"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunun əvvəlki redaksiyasına əsasən həmin bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Zobucuq bələdiyyəsi7500605451751960638007Birinci Zobucuq qəsəbə iəd60634005Birinci Zobucuq qəsəbəsi60634016İkinci Zobucuq qəsəbə iəd60635005İkinci Zobucuq qəsəbəsi60635016Üçüncü Zobucuq qəsəbə iəd60636005Üçüncü Zobucuq qəsəbəsi60636016Dördüncü Zobucuq qəsəbə iəd60637005Dördüncü Zobucuq qəsəbəsi60637016Beşinci Zobucuq qəsəbə iəd60638005Beşinci Zobucuq qəsəbəsi60638016

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu "Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Kateqoriya:Füzuli rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:2014-cü ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr