"Kitabçı" jurnalı — 2014-cü ilin martından rəngli çap olunan aylıq jurnal.

Haqqında Jurnal Türkiyənin İstanbul şəhərindəki MEGA Basım Mətbəəsində yüksək çap üsulu ilə nəşr olunur"Kitabçı" №4 iyun 2014.

"Kitabçı" jurnalı məzmunu və formatı etibarilə yenilikçi bir sənət və ədəbiyyat dərgisidir. Jurnalın ilk nömrəsində yaradıcılıq nümunələri yer almış müəlliflər sırasında müasir Azərbaycan ədəbiyyatının ən yeni və ən istedadlı gəncləri vardır.

Nəşr dövrü: Aylıq Format: Rəngli nəşr Məzmunu: Ədəbiyyat, sənət və kitablar haqqında məlumatları əhatə edir İştirakçılar: Müasir Azərbaycan ədəbiyyatının tanınmış və istedadlı müəllifləri

Heyəti "Kitabçı" jurnalının baş redaktoru şair Səlim Babullaoğludur.

Jurnalın şef-redaktoru ədəbiyyatşünas Seyfəddin Hüseynli, redaktor-koordinator yazıçı Fərid Hüseyndir.

Jurnalda çağdaş ədəbiyyat və sənət mühitinin istedadlı imzaları - Zahir Əzəmət, Tehran Əlişanoğlu, Mahir Qarayev, Qismət, Aygün Aslanlı, Xəyal Rza, Rəbiqə Nazimqızı, Ceyhun Əli kimi yazarların imzası var. Jurnalın yaradıcı işində tanınmış yazıçı, eyni zamanda vaxtilə "Press fakt" kimi maraqlı qəzetin yaradıcısı olmuş Məqsəd Nur yaxından iştirak edir.

Jurnalla Polşa, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İran, Gürcüstan, Yaponiya kimi ölkələrdən daimi yazı yazanların olacağı nəzərdə tutulur.

İstinadlar

Həmçinin bax Səlim Babullaoğlu

Xarici keçidlər

Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Martda yarananlar Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Bakı jurnalları