Anadolu Səlcuqspor FK () — Türkiyənin 3-cü liqasında mübarizə aparan Konya futbol klubu.
Tarixi thumbnail|left|170px|Klubun adı "Konya Şəkərspor" ikən istifadə edilən loqo. 1955-ci ildə Konya şəhər fabriki işçiləri tərəfindən "Konya Şəkərspor" adı ilə qurulmuşdur. 2005-ci ilə qədər ancaq həvəskar liqalarda mübarizə aparmışdır. 2004–05 mövsümündə Türkiyənin 4-cü divizyonuna yüksəlməyi bacarmışdır. 2005–06 mövsümündə liqanın 3-cü qrupunu 15-ci yerdə bitirərək yenidən həvəskar liqaya düşən klub 2007–08 mövsümündə yenidən 4-cü divizyona qayıtmışdır. Həmin mövsüm Levent Numanoğlunun baş məşqçi olduğu "Konya Şəkərspor" 3-cü yeri tutaraq 3-cü divizyona yüksəlmişdir. İlk mövsümündəcə pley-offa qatılan komanda yarımfinalda "Tarsus İY" klubuna 1:3 uduzaraq finala çıxa bilməmişdir. 2010–11 mövsümündə yenidən pley-offun yarımfinalına çıxmış, amma "Sakaryaspor"a 1:3 məğlub olmuşdur.spor.milliyet.com.tr — Sakaryaspor yarı finalde
2012–13 mövsümündə "Konyaspor" tərəfindən satın alınıb 2-ci komanda olduğundan adı "Anadolu Səlcuqluspor" olaraq dəyişdirilmişdir.
2014–15 mövsümünün əvvəlində Konya Səlcuqlu Bələdiyyəsinin tələbi ilə klubun adı "Anadolu Səlcuqspor" olmuşdur.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı TFF profili
Kateqoriya:Türkiyə futbol klubları