Fransa Respublikası (), yaxud qısaca Fransa, köhnə mənbələrdə FirəngistanAbbasqulu Xan Sərtib, Rusca-farsca-azərbaycanca lüğət (Русско-персидско-тюркский словарь), 1908 (s. 123) — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir.
Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır.
Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar.
Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
Xaricdəki əyalətlərində o, həmçinin Fransız Qvianası vasitəsilə Braziliya və Surinamla və Saint Martin adası vasitəsilə Hollandiya Antilləri ilə həmsərhəddir. Fransa Böyük Britaniya ilə La-Manş boğazında dəniz səthinin altından keçən Manş Tuneli ilə bağlıdır.
XVII əsrin ikinci yarısından başlayaraq Fransa beynəlxalq münasibətlər sahəsində dünyanın aparıcı dövlətlərindən biri olmuşdur. 18–19-cu əsrlər arasında Fransa dövrün ən böyük müstəmləkə imperiyalarından birini qurdu. Bu dövrlərdə Fransanın sərhədləri Qərbi Afrikadan Cənub-Şərqi Asiyaya qədər uzanaraq təsir etdiyi bölgələrdəki cəmiyyətlərin mədəniyyətində və siyasətində özünəməxsus izlər buraxmışdır.
Dünyada 6-cı olan nominal ümumi daxili məhsul və 7-ci olan alıcılıq qabiliyyəti pariteti ilə inkişaf etmiş iqtisadiyyata malikdir və inkişaf etmiş ölkələr sinfindədir.
Fransa, ölkədə iyirmi dörd saatdan az qalanlar, o cümlədən işgüzar səfərlər üçün gələnlər istisna olmaqla, ildə təxminən 82 milyon turistlə dünyanın ən çox ziyarət edilən ölkəsidir.
Fransa Avropa İttifaqı adlı siyasi və iqtisadi təşkilatın qurucu üzvlərindən biridir və birliyə üzv ölkələr arasında ən böyük əraziyə malikdir. Ölkə həm də Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biridir; Frankofoniya həm də G8 sammitlərinin, Latın İttifaqının və NATO-nun iştirakçısıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. 360 effektiv döyüş başlığı və 59 atom elektrik stansiyası ilə mühüm nüvə enerjisidir
Adının etimologiyası "Fransa" adı frankların yurdu mənasına gələn Frankiya sözündən yaranmışdır, lakin frank sözünün mənşəyi ilə bağlı bir neçə iddia mövcuddur. Bunlardan biri bu sözün German dillərində nizə mənasına gələn frankona sözündən yarandığı yönündədir.
Başqa bir iddiaya görə isə frank sözü qədim German dilində "azad" mənasına gələn frey sözündən yaranıb. Frank sözü müasir fransızcada "franc" şəklində hələ də yaşamaqdadır və 2000-ci ildə avro rəsmi pul vahidi olana qədər Fransanın rəsmi pul vahidinin adında istifadə olunub.
Əhali
Fransa əhalisinə görə 21-ci, Avropa Birliyi içində Almaniyadan sonra 2-ci ölkədir. Dünya əhalisinin 0,88%-ni təşkil edir. Ölkənin böyük şəhərləri Paris, Marsilya,Lyon, Lille, Toulouse, Nice ve Nantesdir. Ölkə əhalisinin 84%-i şəhərlərdə yaşayır.
Fransa əhalisinin əksəriyyətini fransızlar təşkil etdiyindən o, təkmillətli dövlət sayılır. Fransız milləti qədim aborigen tayfaları qalların (keltlər), Roma işğalçılarının, german tayfalarının qarışması nəticəsində formalaşmışdır."Fransız", həm də "Fransa" toponimlərinin mənşəyi V əsrdə ölkənin şimal hisssəsini zəbt edən german tayfalarından olan frankların adından götürülmüşdür. Əhalisinin 90%-i fransızlardır. Orta ömür müddəti 82.3 ildir(qadınlar 85.4, kişilər üçün 79.2).
Yanvar 2026-cı il tarixinə əhalisi 69 081 996 nəfərdir, əhalinin böyük hissəsi şəhərlərdə məskunlaşmışdır. Fransa əhali sayına görə dünyada 20-ci, Avropada isə 3-cü yerdədir. Fransa Avropa İttifaqında əhali sayına görə Almaniyadan sonra 2-ci yerdədir. Əhalinin əsas hissəsi sahilboyu, həmçinin iri şəhərlərdə məskunlaşmışdır. Paris şəhəri dünyanın ən sıx məskunlaşmış bölgələrindədir. Əhalinin əsas hissə qərbdə-Paris aqlomerasiyasında yerləşmişdir.
2004-cü ildə Fransa əhalisinin illik artım sürəti 0,68%, 2006-cı ildə doğum sayı ölüm sayından 300000 nəfər çox olmuşdur. 2002-ci ildə hər qadına düşən uşaq sayı 1,88 olduğu halda, 2008-də bu rəqəm 2,02-yə yüksəlmişdir.
Fransada qadınlar əhalinin 51,5%, kişilər 48,5% təşkil edir. Ölkədə təbii artım 2025-ci il üçün 0,25 %-dir.
2004-cü ildə ümumilikdə 140033 nəfər xarici ölkələrdən Fransaya köç edib. Bunlardan 90250-si Afrika ölkələrindən, 13710-u isə Avropa ölkələrindən olmuşdur.
thumb|1999-cu il siyahıyaalınması zamanı Fransa Respublikasında Əhalinin sıxlığı.. + İl İl! Əhali Əhali İl Əhali50 e.ə 1806 2,500,000 29,648,000 1896 40,158,0001 1811 5,500,000 30,271,000 1901 40,681,000120 1816 7,200,000 30,573,000 1906 41,067,000400 1821 5,500,000 31,578,000 1911 41,415,000850 1826 7,000,000 32,665,000 1921 39,108,0001226 1831 16,000,000 33,595,000 1926 40,581,0001345 1836 20,200,000 34,293,000 1931 41,524,0001400 1841 16,600,000 34,912,000 1936 41,502,0001457 1846 19,700,000 36,097,000 1946 40,506,6391580 1851 20,000,000 36,472,000 1954 42,777,1621594 1856 18,500,000 36,715,000 1962 46,519,9971600 1861 20,000,000 37,386,000 1968 49,780,5431670 1866 18,000,000 38,067,000 1975 52,655,8641700 1872 21,000,000 37,653,000 1982 54,334,8711715 1876 19,200,000 38,438,000 1990 56,615,1551740 1881 24,600,000 39,239,000 1999 58,518,3951792 1886 28,000,000 39,783,000 2006 61,399,7191801 1891 29,361,000 39,946,000 2011 63,136,180
Din 150px|thumb|left|Paris Məryəm Ana kilsəsi Fransa vicdan azadlığının konstitusiyada əksini tapdığı dünyəvi bir ölkədir. 2007-ci ilin yanvarında aparılan bir anket statistikasının nəticələrinə görə fransızların 51%-i katolik, 31%-i ateist, 4%-i müsəlman, 3%-i protestant, 1%-i yəhudi, 1%-i buddist, 10%-i isə başqa dinlərə mənsub olduğunu bildirmişdir.
Avropa ölkələrində statistik araşdırmalar Avrobarometr adlı qurumun apardığı daha dəqiq bir nəticəyə görə fransız xalqının 34%-i bir tanrının varlığına inandığını, 27%-i müqəddəs varlığa inandığını, 33%-i isə hər hansı bir tanrının varlığına inanmadığını bildirmişdir.
Fransada yaşayan müsləmanların sayı barəsindəki fərziyyələr olduqca dəyişkəndir. 1999-cu ildə aparılan əhalinin statistika məlumatlarına görə Fransada yaşayan və müsəlman olan insanların sayı 3,7 milyon və ya o dövrkü əhalinin 6,3%-i səviyyəsində hesablanmışdır. Ancaq 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi ölkədəki taxmini müsəlman sayı 5–6 milyon olaraq açıqlanmışdır. Müsəlman əhalinin əksəriyyətini ərəb, Məğrib, zənci mənşəlilər və türklər təşkil etməkdədir. Bu da əhalinin 8–10%-i deməkdir. Fransada yaşayan yəhudilərin ümumi sayı isə 600 mindir və Avropadakı ən böyük yəhudi diasporudur.
Fransadakı dünyəvilik faktı 1905-ci ildən bu yana Fransa hökumətinin hər hansı bir dini tanımasına əngəl olmaqdadır. Bunun yerinə hökumət yalnız dini qurum, dərnək və təşkilatlanmaları tanyır və mövcud qanunlar daxilində bu qurumların siyasətə müdaxilə etməsinə mane olur.
Sayentologiya, Tanrının övladı, Ay təriqəti və Günəş məbədi kimi dini axınlar Fransada təriqət olaraq görülür və digər dinlər ilə eyni bərabər statusa sahib deyillər. Təriqətlər isə Fransada xoş qarşılanmayan qurumlardır.
Ərazi
Fransa həm coğrafi, həm də təbii şəraitinin müxtəlifliyinə görə fərqlənir. Fransanın geniş dəniz sərhədləri və Avropanın ən iri nəqliyyat magistralı Reyn çayının onun ərazisində axması, ölkənin iqtisadi əlaqələrinin inkişafında olduqca əlverişli şərait yaratmışdır. Faydalı qazıntılarla, xüsusilə yanacaq resursları ilə kasad olmasına baxmayaraq (uran istisna olmaqla), Fransa zəngin hidroenerji sərvətlərinə (Alp və Prineydə), məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir.
Keçmiş müstəmləkə imperiyası olmuş, bir vaxtlar iqtisadi gücünə görə dünyada Böyük Britaniyadan sonra II yeri tutan Fransa indi bir sıra göstəricilərinə görə, xüsusilə sənaye istehsalının ümumi həcminə görə, ABŞ, Yaponiya və Almaniyadan xeyli geridə qalır.
Fransanın təsərrüfatının ərazi strukturu əsasən XIX əsrdə sənaye çevrilişindən sonra formalaşmışdır. Bu dövrdə əlverişli coğrafi mövqeyinə görə və mineral ehtiyatlarına (xüsusilə dəmir filiz və kömür) malik olan şimal və şərq rayonları daha sürətlə inkişaf etmişdir. Nəticədə ölkənin sənayesi getdikcə daha çox bu rayonlarda təmərküzləşmişdir. İndi də Fransanın 60%-dən çoxu və sənaye məhsulları istehsalının 75%-ə qədəri Havr-Marsel xəttindən şərqdə yerləşir. Ən iri sənaye mərkəzləri Paris, Marsel, Havr, Dünkerk, Lill, Strasburq, Lion, Bordo, Nant, Tuluzadır.
Paris ölkənin paytaxtı olmaqla yanaşı, həm də onun ən mühüm iqtisadi mərkəzidir. Fransanın sənaye məhsullarının 30%-i Paris şəhərində təmərküzləşmişdir. Burada emaledici sənayenin (avtomobilqayırma, təyyarəqayırma, kimya sənayesi və s) 100-ə qədər iri müəssisəsi, başlıca olaraq ən müassir elmtutumlu sahələr yerləşir.
İstehsalın ənənəvi yerləşdirmə xüsusiyyətləri ilə yanaşı yeni amillər meydana gəlmişdir. Sənayenin yeni sahələrinin (neft-kimya, neft emalı) sürətli inkişafı, eləcə də köhnə sahələrin (qara metallurgiya və s.) idxal xammala keçməsi dənizsahili rayonların təsərrüfat potensialının güclənməsinə səbəb olmuşdur.
Fransanın təsərrüfatında aqrar bölmənin İngiltərə və Almaniyaya nisbətən mühüm əhəmiyyəti var. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci yeri, üzüm yığımına və şərab istehsalına görə isə dünyada ilk yerlərdən birini tutur. Fransa kənd təsərrüfatı məhsullarının iri istehsalçısı olmaqla yanaşı, həm də onun iri ixracatçısıdır. Fransa regionları Cənubi Avropa ölkələrinə daxildir.
Fransa şəhərləri
Tarixi
thumb|left|180px|Lütesiyanın planı Lütesiyanın (Parisin qədim adı) əsası e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür. Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildə Yuli Sezarın Qall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.
e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, sakinlər Lutesiya şəhərinə oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı lütesiyalılara saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salmışlar. Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.
Avropada bir əsrlik kəskin dini qarşıdurma dövrünə yekun vurmuş olmuşdur. Beynəlxalq münasibətlərdə dini amillərin rolu kəskin surətdə azalmışdır. Otuzillik müharibənin nəticələri göstərmişdi ki, mərkəzləşdirilmiş milli dövlətlərin (Fransa, İngiltərə, Hollandiya, İsveç) siyasi perspektiv gələcəyi dalıa inamlıdır. Vestfal sülhü Avropada xarici — siyasi vəziyyəti kökündən dəyişdirirdi. Qüvvələr balansı dəyişdirilirdi. Avropa beynəlxalq münasibətlər sistemi, onun hüquqi əsası və gələcək istiqaməti müəyyənləşmiş olurdu. XVII əsrin II yarısı fransız mütləqiyyətinin apardığı və ona uğur gəyirməyən 4 müharibə ilə səciyyələnir. Bütövlükdə yüzillikdə Avropanın siyasi xəritəsində yeni burjua respublikalarının yaranmasını şərtləndirən Hollandiya və İngiltərə burjua inqilabları baş vermiş və bunun nəticəsində Avropanın siyasi həyatı dəyişmişdi. Burada da Hollandiya daha fəal rol oynayırdı. XVII əsrin ikinci yarısı ilə XVIII əsrin əvvəllərinə Fransanın hərbi-siyasi genişlənmə planı dörd müharibəyə səbəb olmuşdur.