() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Yabanı halda bu bitkiyə Şri-Lankada və Afrikanın tropik və ya cənub-şərq regionlarında rast gəlinir.
Botaniki xarakteristikası Hündürlüyü 15 m-ə qədər oln sarmaşan bitkidir. Yarpağının uzunluğu 7–8 sm, oraqşəkillidir. Oraqşəkilli qulançar yeməli qulançarın qohumudur və bu cinsin əksər növləri kimi ensiz "yarpaqları" ilə fərqlənir. "Yarpaqları" əslində şəklini dəyişmiş zoğlardır (fylokladium); onlar 3–4 ədəd olmaqla dəstələrə yığılmışdır. Sonradan yarpaqları uzanır və oduncaqlaşır. Çiçəkləri ağdır. Yazda çiçəkləyir. Oraqşəkilli qulançar xırda, zərif qoxulu çiçəkləri qonur giləmeyvələr əmələ gətirir. Qulançarın ağ kökləri sonradan oduncaqlaşır və öz görünüşü ilə qırmızı turpun kök meyvələrinə bənzəyir.
Ekologiyası Oraqşəkilli qulançar zərərverici və xəstəliklərə davamlıdır. Gövdələrindəki qarmaqvari iynələri onları cücü yeyən heyvanlardan qoruyur. Qulançarın köklərinin sərbəst inkişafı üçün məhsuldar gilli torpağa əkmək lazımdır.
Azərbaycanda yayılması 2003-cü ildə Mərdəkan dendrarisində introduksiya olunmuşdur.
İstifadəsi Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında bitkinin gövdələrini bambukdan olan qövsvari dirəklərə bağlamaq və ya onlardan yaşıl sütun yaratmaq olar. Növün budaqları dekorativ yarpaqlı çiçəkli bitkilər üçün gözəl fon yaradır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Cənubi Afrika florası Kateqoriya:Asiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları