Akarospora (Acarospora) — akarosporakimilər fəsiləsindən olan şibyələr cinsi. Tallomu ərpli, yaxud pulcuqlu, sarımtıl, yaxud qəhvəyidir; substrata hiflərlə yapışır. Fotosintez edən komponenti yaşıl trebuksiya yosunudur. Daşların üzərində, bəzən torpaqda, digər şibyələrin tallomunda bitir. Süxurların bioloji aşınmasında iştirak edir.
İstinadlar
Kateqoriya:Şibyələr Kateqoriya:1852-ci ildə təsvir edilən taksonlar Kateqoriya:Lecanoromycetes