() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.
Botaniki xarakteristikası Hündürlüyü 15-30 sm olan çoxillik ot bitkisidir. Gövdənin aşağı hissəsində yarpaq olmur, yuxarı hissədə isə iki ədəd yarpağı vardır. Kök yumruları orta ölçüdə, kələ-kötür şarşəkilli, yaşlaşana yaxın isə oyuq olurlar. Qısa saplaqdakı yarpaqların ayası enlidir və ikiqat üç qovuşuq hissədən ibarətdir; dlimləri ellipsvari və yaxud uzunsovdur, ön hissədən bütöv və sivriləşmişdir. Çiçək seyrək salxımda toplanmışdır. Çiçəkaltlığı bütöv, yaşıl rəngli, uzunsov və ya yumurtaşəkilli olub, iridir və 2-3 dəfə çiçək saplağını ötüb keçir. Tacın uzunluğu 22-25 mm, sarı və ya sarımtıl-çəhrayıdır, xarici ləçəkləri çəhrayı, daxili ləçəkləri isə sarıdır. Qutucuq uzunsovdur, sivri uclu, əyilmiş və yaxud asılmış halda olur, uzunluğu 15-20 mm-dir. Mart ayında çiçəkləyir. Aprel ayında meyvə verir.
Azərbaycanda yayılması BQ (Quba), BQ qərb, BQ şimal, KQ şimal, KQ mərkəzi, Lənkəran ovalığı, Lənkəran dağ. - aşağı dağ qurşağından, orta dağ qurşağına qədər.
Yaşayış mühiti Dağ meşələrində rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər